Yol Polisindən sərt xəbərdarlıq: Sabahdan bu sürücülər cərimələnəcək - RƏSMİ
Gündəm / Sosial
14-03-2020, 14:05
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtomobil idarə edən zaman kəmər taxmayan sürücülərə xəbərdarlıq edib.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, mart ayının 15-dən respublika üzrə keçiriləcək təhlükəsizlik tədbirləri zamanı konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş avtomobil saxlanılarkən kəmərlərin çıxarılması halları müəyyən edilərsə, məsuliyyətə cəlb ediləcəklər.
"Sürücülər təhlükəsizlik kəmərlərini bağlamadıqları üçün İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə görə 40 manat cərimə olunurlar.
Sürücü təhlükəsizlik kəmərini çıxarıbsa, yaxud da idarə etdiyi avtomobilin təhlükəsizlik kəməri yararsız vəziyyətdədirsə, o zaman məsuliyyət sürücünün üzərindədir.
K.Əliyev qeyd edib ki, kəmər varsa, avtomobildəki sərnişin onu bağlamırsa, İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən, 30 manat cərimə olunacaqlar.
