Prezident ona orden verdi - SƏRƏNCAM
Gündəm / Siyasət
17-03-2020, 17:49
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Akif Turan oğlu Məlikovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Akif Turan oğlu Məlikov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
