İlham Əliyev fərman imzaladı

Gündəm
30-03-2020, 18:17

İlham Əliyev fərman imzaladı

 

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Xeberekspress.az  fərmanın mətnini təqdim edir:

"Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 9; 2017, № 12, maddə 2303) 1.3-cü bəndinə "Daxili İşlər Nazirliyi,” sözlərindən sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilsin.