Paşayeva təklif etdi, MM alqışladı - Video
Gündəm / Siyasət
30-03-2020, 22:11
Cənab Prezident "Yeni klinika" tibb müəssisəsinin açılışında ölkəmizdəki fədakar tibb işçilərini alqışladı.
Axar.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
O təklif edib ki, Milli Məclis də Prezidentin addımına dəstək verərək, tibb işçilərini alqışlasın.
Deputatlar Q.Paşayevanın təklifinə qoşularaq, Azərbaycan həkimlərini alqışlayıblar.
