Deputat Covid19 korona virusu ilə mübarizə üçün vacib və lazımi təkliflər verdi
Gündəm
3-04-2020, 18:25

Deputat Covid19 korona virusu ilə mübarizə üçün vacib və lazımi təkliflər verdi
89 saylı Göyçay Ağdaş Seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 01 aprel 2020-ci il
tarixində Milli Məclisin onlayn iclasında bu günün tələblərinə uyğun vacib təkliflərlə çıxış edib.
Beləki, 65 yaşından yuxarı yaşlı nəsilin nümayəndələrinə pensiyalarının evdən çıxmadan verilməsinin
mexanizmini rayon, qəsəbə, xüsusən kəndlərdə ASAN xidmət, DOST könüllüləri, bu qurumlar olmayan
ərazidə isə rayon icra hakimiyyəti, YAP, Gənclər İnkişaf və Karyera mərkəzlərinin, kənd icra
nümayəndələrinin, poçt xidmətlərinin əməkdaşları tərəfindən tam qanuni şəkildə, şəffaf olaraq evlərinə
çatdırılmağın vacibliyini bildirib.
Deputat eyni zamanda müvafiq Dövlət institutlarını da yerli icra strukturlarına kömək etməyə çağıraraq
dizinfeksiya işlərinin əsasən kəndlərdə daha əhatəli və tez olması üçün təcili əməli tədbirlər görməsini
vurğulayıb.
O, dizinfeksiya üçün avadanlıqların və dərmanların, habelə qaydalara əməl olunması üçün vətəndaşlara
əlavə yaddaş qeydlərinin yerlərə, xüsusilə kəndlərə çatdırılmasının vacib olduğunu bildirib.
Cənab Əfəndiyev hazırda rayon və kəndlərdə yoxsul, kimsəsiz, əlil, xəstə aliləri də yaddan çıxartmamağı,
onların da əlaqədar qurumlar tərəfindən tez-tez yad olunmalarını, əlaqə mobil qrupların yaratmağın
vaxtı olduğunu təklif edib. Bundan başqa deputat bu gün bəzi apteklərdə spirt məhlulu və qoruyucu
maskaların çatışmamazlığına diqqət çəkərək bu ağır zamanda bu kimi ləvazimatları gizlədən və ya baha
satmaq istəyən işbazlara qarşı ciddi tədbirlərin görülməsini, dövlətin bu məsələni nəzarətdə saxlamasını
gündəmə gətirdi.
M. Əfəndiyev əhalini əsasən müxtəlif sosial şəbəkələrdə, saytlarda yayılan dezinformasiyalara
inanmamağa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəsmi məlumat və tövsiyələrinə əməl
etməyə bir daha dəvət etdi.
