Tanınmış bakılı yazıçı Moskvada vəfat edib
Gündəm / Mədəniyyət
31-03-2020, 16:20
Tanınmış şair, yazıçı, dramaturq və ssenariçi, həmyerlimiz Leonid Zorin Moskvada vəfat edib.
AZƏRTAC xəbər verir ki, Leonid Zorin 96 yaşında dünyasını dəyişib.
Leonid Zorin 1924-cü ildə Bakıda anadan olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. O, 50-dən çox pyesin və şeirlər kitabının müəllifidir. Yazıçının ssenarisi əsasında çəkilmiş "Pokrov darvazaları” filmi tamaşaçıların ən çox rəğbətini qazanan ekran əsərlərindəndir.
