"Xəstələrin sayı artsa... " - TƏBİB rəsmisi

Gündəm / Siyasət
2-04-2020, 15:40
 

"Xəstələrin sayı artsa... " - TƏBİB rəsmisi

 

 
Əgər ölkədə koronavirus xəstələrinin sayında ciddi artım olsa, pasiyentlər beynəlxalq təcrübəyə əsasən ev şəraitində müalicə oluna bilər".

Bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.

 
Onun sözlərinə görə, istər Bakıda, istərsə də bölgələrdə karantin müəssisələri var:


"Eyni zamanda yeni açılan klinika da koronavirus xəstələrinin yerləşdirilməsi üçün gözəl imkandır".