KORONAVİRUS: Azərbaycanda 8 nəfər ölüb

Gündəm / Sosial
7-04-2020, 17:15
KORONAVİRUS: Azərbaycanda 8 nəfər ölüb
 

Azərbaycanda indiyədək ümumilikdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 53 300 test aparılıb.