İlham Əliyevdən yeni təyinat - SƏRƏNCAM

Gündəm
15-04-2020, 13:18
 İlham Əliyevdən yeni təyinat - SƏRƏNCAM
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüqar Kərimov Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.
 
O, bundan əvvəl ETSN-nin Aparat rəhbəri vəzifəsində çalışıb.

Məlumatı qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-a təsdiqləyib.