Azərbaycanda karantin rejimi uzadılacaq - TƏBİB
Gündəm / Sosial
15-04-2020, 19:20
Aprelin 20-dən sonra da karantin rejimi uzadılacaq, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqinlap də çıxışı zamanı deyib.
"TƏBİB-də karantin rejiminin sonlandırılması üçün tədbirlər hazırlanır. Epidemioloji vəziyyət göstərir ki, bu rejimin uzadılmasına ehtiyac var. Bu sərt karantin rejimindən tədricən çıxmalıyıq. Hazırda tədricən, məthələli çıxış barədə düşünürük", -deyə o vurğulayıb.
Onun sözlərinə görə, ancaq katantin rejiminə əməl edilməməsi ikinci dalğanı yarada bilər. Araşdırmaların nəticələri göstərir ki, karantin tədbirlərində laqeydlik yol verilməzdir.
