COVID-19-a görə uşaqlara peyvənd vurulacaq - Oqtay Şirəliyev əmr imzaladı
Gündəm / Sosial
21-04-2020, 21:29
Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev "İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən "İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.
Əmrdə 2020-ci ilin aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır.
