Bakıda oğurluq hadisəsi ANBAAN video qeydə alındı - VİDEO

Gündəm
24-04-2020, 23:15
 
 
Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

YPX.AZ xəbər verir ki, rayonun Rəsulzadə qəsəbəsi, Arif Hüseyinov 10 ünvanında yerləşən "46 Market” adlı iaşə obyektinin önündən velosipet oğurlanıb.

Belə ki, 12 yaşlı uşaq velosipetlə marketin önünə gəlib və velosipetini marketin önündə saxlayaraq çörək almaq məqsədi ilə obyektə daxil olub. Bir neçə dəqiqə sonra geri qayıdan uşaq, velosibetinin yerində olmadığını görüb.

Azyaşlı marketə daxil olduqdan bir neçə dəqiqə sonra, marketin önünə bir nəfər yaxınlaşıb. Həmin şəxs, bir müddət həmin ərazidə gəzişib, sağa-sola boylandıqdan sonra, velosipeti götürərək həmin yerdən uzaqlaşıb.

Azyaşlının valideyinləri hadisə ilə bağlı polisə şikayət ərizəsi ünvanlayıblar. Hazırda, təxmini qiyməti 600 manat dəyərində olan "Kross” markalı velosipetin oğurlanması məsələsinə Binəqədi rayonu 4-cü Polis Şöbəsi baxır.

Qeyd edək ki, oğurluq hadisəsi "46 Market” adlı iaşə obyektinin təhlükəsizlik kameraları tərəfindən video qeydə alınıb.