Çinli həkimlər Kim Çen Ina kömək edəcəklər - “Reuters”

Gündəm / Dünya
25-04-2020, 10:20

Çinli həkimlər Kim Çen Ina kömək edəcəklər - “Reuters”

 

Çin Xalq Respublikası Şimali Koreyaya tibbi ekspertlər qrupu yollayıb.

Bu barədə "Reuters” öz mənbəyinə istinadən yazır.

 
 

Mütəxəssislərin KXDR-nın lideri Kim Çen Inın səhhəti ilə bağlı məsləhətlər verəcəkləri ehtimal olunur.

"Çinin Kommunist partiyasının beynəlxalq əlaqələr şöbəsinin ali rütbəli əməkdaşının rəhbərliyi altında bir qrup mütəxəssis Pekindən Şimali Koreyaya yollanıb”, - deyə mənbə bildirib.

Xatırladaq ki, aprelin 21-də CNN telekanalı Amerika kəşfiyyatının nümayəndəsinə istinadla Şimali Koreya liderinin ağır ürək əməliyyatı keçirdiyini  bildirmişdi.