Vaqif Aydınoğlu ATV-dən uzaqlaşdırıldı

Gündəm / Sosial
25-04-2020, 12:06
Vaqif Aydınoğlu ATV-dən uzaqlaşdırıldı
 
ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxarılıb.

Xeberekspress.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı əmr bir neçə gün əvvəl verilib.
Jurnalist özünə yeni iş də tapıb. Bundan sonra o, "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacaq.

Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərini ATV-dən təsdiqləyiblər.