Spikerdən deputatlara irad: “Yuxarıda əyləşənlər telefondan başını qaldırmır”
Gündəm / Siyasət
31-05-2020, 12:40
Milli Məclisin sədri Sahibə Qafarova deputatlara irad bildirib.
Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında səsvermə zamanı S. Qafarova yuxarıda əyləşən deputatların səsvermədə iştirak edib-etmədiyinin məlum olmadığını deyib:
"Orada çox adam telefondan başını qaldırmır. Siz səsvermədə iştirak etdiklərinə əminsinizmi?”
