DSX-dən açıqlama: “Keşikçidağ”da təxribat xarakterli hadisə qeydə alınmayıb”

Gündəm / Sosial
4-06-2020, 23:01
 
 

DSX-dən açıqlama: “Keşikçidağ”da təxribat xarakterli hadisə qeydə alınmayıb”

 

Xəbər verildiyi kimi, "Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstanın bir qrup vətəndaşı tərəfindən 2020-ci il iyunun 4-də dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlaşdırıldığına dair məlumatlar əldə olunub.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Oxu.Az-a bildiriblər ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan–Gürcüstan dövlət sərhədində "Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb.

Bir daha bildirilir ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin keşiyində qətiyyətlə dayanıb.