Prezident “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib
Gündəm / Siyasət
11-06-2020, 13:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq "Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.
Xeberekspress.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.


