Prezident və Birinci vitse-prezident Gəncədə karvansara kompleksinin açılışında

Gündəm / Siyasət
24-06-2020, 17:32

Prezident və Birinci vitse-prezident Gəncədə karvansara kompleksinin açılışında

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyunun 24-də Gəncədə "Şah Abbas” və "Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

 

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə kompleksdə yaradılan şərait barədə məlumat verilib.