Deputatların tətili pozuldu: İclas olacaq

Gündəm / Siyasət
3-07-2020, 16:41
Deputatların tətili pozuldu: İclas olacaq

Milli Məclisin yenidən növbədənkənar sessiyası çağırılıb.

Bu barədə Oxu.Az-a Milli Məclisdəki mənbə məlumat verib.

İclasın yaxın günlərdə keçirilməsi gözlənilir.

 

Qeyd edək ki, iyunun 1-də altıncı çağırış Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlamışdı.

Növbədənkənar sessiya iyunun 30-dək davam edib. Bundan sonra isə deputatlar tətilə yollanmışdı.