Elmar Məmmədyarov işdən çıxarıldı

Gündəm / Siyasət
16-07-2020, 15:33
 

Elmar Məmmədyarov işdən çıxarıldı

 

Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsindən azad edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

E.Məmmədyarov 2 aprel 2004-ci ildən nazir idi. Son günlər o mətbuatda və sosial şəbəkələrdə tənqid olunurdu.