Ceyhun Bayramov XİN rəhbəri təyin edildi
Gündəm / Siyasət
16-07-2020, 15:39
Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edilib.
Xeberekspress.az xəbər verir ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev sərəncam verib.
***
Dövlət başçısının digər sərəncamı Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.
Qeyd edək ki, C. Bayramov 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Təhsil naziri vəzifəsinə təyin olunmuşdu.
