Brüsseldə azərbaycanlılara qarşı vəhşilik törədən 15 erməni tutuldu - RƏSMİ

Gündəm / Sosial
23-07-2020, 13:36

Brüsseldə azərbaycanlılara qarşı vəhşilik törədən 15 erməni tutuldu - RƏSMİ

 

 
 

"İyulun 22-də Brüsseldə azərbaycanlıların keçirdiyi aksiyalar zamanı ermənilər vandalizm və terror aktı həyata keçiriblər”. 

Oxu.Az-ın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva brifinqdə deyib. 

 

O bildirib ki, ermənilər Azərbaycanın diplomatik orqanlarına məxsus avtomobillərə ziyan vurublar. 

Onun sözlərinə görə, Brüssel polisinin şifahi məlumatına əsasən, hadisələr zamanı 15 erməni saxlanılıb.