Azərbaycanda bir sutkada 347 nəfər koronavirusa yoluxdu - 6 ölü

Gündəm / Sosial
23-07-2020, 16:44
 
 

Azərbaycanda bir sutkada 347 nəfər koronavirusa yoluxdu - 6 ölü

 

Azərbaycanda koronavirusa 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829, ötən müddət ərzində isə ümumilikdə 658 782 test aparılıb.