Həkim Əmrah Fəqanoğlunun vəziyyətindən danışdı

Gündəm / Sosial
24-07-2020, 16:00
Həkim Əmrah Fəqanoğlunun vəziyyətindən danışdı

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti stabil-ağır olaraq qalır.

Bu barədə Oxu.Az-a onun müalicə aldığı "Yeni Klinika” tibb müəssisəsindən məlumat verilib.

Klinikadan bildirilib ki, Ə.Fəqanoğlunun vəziyyətində ciddi dəyişiklik müşahidə edilmir:

 

"Vəziyyəti ağırdır. Süni tənəffüs cihazına qoşulu vəziyyətdədir. Xəstə ağır sepsis vəziyyətindədir. Hazırki vəziyyətdə xəstəliyin gedişatı barədə hər hansı fikir söyləmək üçün çox tezdir”.

Xatırladaq ki, Əmrah Fəqanoğlu iyulun 18-də "Yeni Klinika” tibb müəssisəsinə yerləşdirilib.