“Yuventus” ardıcıl doqquzuncu dəfə İtaliya çempionu oldu - VİDEO

Gündəm / İdman
27-07-2020, 09:42
 
 

“Yuventus” ardıcıl doqquzuncu dəfə İtaliya çempionu oldu - VİDEO

 

İtaliyanın "Yuventus” klubunun futbolçuları vaxtından əvvəl ölkə çempionluğunu bayram ediblər.

 

"İnterfaks” xəbər verir ki, öz meydanında "Sampdoriya” üzərində qələbə qazanan "Yuventus” (2:0) sona iki tur qalmış ardıcıl doqquzuncu çempionluğu qeyd edib.

Ümumilikdə isə, "Qoca sinyora” 36 dəfə futbol üzrə İtaliya çempionatının qızıl medallarına sahib çıxıb.