SMS-icazə ləğv edildi: korona xəstəsi küçəyə çıxarsa?..

Gündəm / Sosial
4-08-2020, 15:32
 
 

SMS-icazə ləğv edildi: korona xəstəsi küçəyə çıxarsa?..

 

Avqustun 5-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlarda SMS-icazə sistemi ləğv edilir. Bu isə sosial şəbəkələrdə koronaya yoluxan xəstələrin hərəkətinə nəzarətin hansı yolla tənzimlənməsi barədə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Xeberekspress.az-ın sorğusuna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, virusa yoluxan şəxslərin qaydalara əməl etməsinə nəzarət məqsədilə yeniliklər tətbiq ediləcək:

"Evdə müalicə alan xəstələrin müşahidəsi sahə həkimləri tərəfindən həyata keçirilir. Əvvəlki qaydada sahə həkimləri gündəlik olaraq zəng vasitəsilə xəstələrin müşahidəsini aparır.

Qeyd edək ki, SMS-icazə xidməti ləğv olunduqdan sonra koronavirus xəstələrinə hüquq-mühafizə orqanlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, MİS işçilərinin, eləcə də digər qurumların iştirakı ilə nəzarət edilməsi nəzərdə tutulub. Eyni zamanda, SMS-icazə xidməti ləğv olunduqdan sonra E-TƏBİB mobil tətbiqində yeniliklər olacaq ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən bir müddət sonra rəsmi məlumat veriləcək”.