İlham Əliyev mühüm mərasimdə iştirak etdi - Foto
Gündəm / Siyasət
10-08-2020, 14:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.
Axar.az xəbər verir ki, bu dayaq bloku SOCAR-ın "BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.


