Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma - FOTO

Gündəm / Sosial
11-08-2020, 17:40
 

 

Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma - FOTO

 

 

Azərbaycanda koronavirus infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6318 test aparılıb.

Aktiv xəstə sayı isə 2380 nəfərdir.