Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır

Gündəm / Sosial
12-08-2020, 10:04
 
 

Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır

 



Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.