Prezident bu şirkətlərin idarəsini onlara verdi

Gündəm / Siyasət
12-08-2020, 21:52

Prezident bu şirkətlərin idarəsini onlara verdi

 

 
 Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Xeberekspress.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası sədri vəzifəsi Baş nazirə tapşırılıb.

Müşahidə Şurasının üzvləri isə Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, İqtisadiyyat naziri və Maliyyə naziri təyin ediliblər.