Prezident sədr müavinini səfir təyin etdi - SƏRƏNCAM

Gündəm / Siyasət
17-08-2020, 13:33
 
 

Prezident sədr müavinini səfir təyin etdi - SƏRƏNCAM

 

Prezident İlham Əliyev Dursun Ayvaz oğlu Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb

Dövlət başçısının sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib

İlham Əliyevin digər sərəncamı ilə F.Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.