Qafqaz Universiteti ləğv olunur

Gündəm / Sosial
18-08-2020, 14:19
Qafqaz Universiteti ləğv olunur
 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ötən gün verdiyi qərara əsasən, Qafqaz Universiteti ləğv olunur.

Dövlət Xidmətindən  verilən məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Xırdalan şəhəri, Abşeron rayonu, Həsən Əliyev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Qafqaz Univesiteti 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Havar Əmir oğlu Məmmədovdur