Suriyada rusiyalı general öldürülüb
Gündəm / Dünya
18-08-2020, 21:40
Suriyanın şərqindəki Deyr əz-Zor şəhəri yaxınlığında Rusiyadan olan və hələlik adı açıqlanmayan general-mayor rütbəli hərbi müşavir öldürülüb.
"Anadolu Agentliyi”nin məlumatına görə, hadisəyə səbəb Rusiya ordusuna məxsus karvanın Deyr əz-Zordan Hmeymim hərbi bazasına gedərkən yolda basdırılmış partladıcı qurğunun işə salınması olub.
Müşavirin yerləşdirildiyi xəstəxanada vəfat etdiyi deyilir.
