Putin Navalnının xəstəliyi haqda Mişelə danışdı

Gündəm / Dünya
22-08-2020, 12:47
 
 

Putin Navalnının xəstəliyi haqda Mişelə danışdı

 

Rusiya Prezidenti Vladimir Putin Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişellə Aleksey Navalnının vəziyyətini müzakirə edib.

Bu məlumatı "Röyter” agentliyi yayıb.

Məlumata görə, telefon danışığı zamanı Mişel müxalif siyasətçinin səhhəti ilə maraqlanıb. Putin isə ona cavabında müxalifətçinin xəstələndiyini, amma yaxşı tibbi yardım aldığını deyib.