İlham Əliyev sərəncam imzaladı

Gündəm / Siyasət
25-08-2020, 13:11
 
 

Prezident İlham Əliyev A.V.Torkunovun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Anatoli Vasilyeviç Torkunov "Dostluq” ordeni ilə təltif edilsin