Metronun fəaliyyəti ilə bağlı qərarın veriləcəyi vaxt bilindi - RƏSMİ

Gündəm / Sosial
29-08-2020, 11:53
 
 

Metronun fəaliyyəti ilə bağlı qərarın veriləcəyi vaxt bilindi - RƏSMİ

 

Sentyabrın 15-dək metro barədə hər hansı müvafiq qərarın veriləcəyi gözlənilir.

Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

O bildirib ki, metronun fəaliyyəti potensial riskdir:

"Metronun havalandırma sistemi, digər məqamlar risk faktoru kimi qiymətləndirilir. Bu, dünya praktikası ilə müqayisə edilir. Amma bütün hallarda sentyabrın 15-dək metronun fəaliyyəti müzakirə ediləcək. Bu sahədə daha fərqli qiymətləndirmənin və qərarların alınacağı da istisna edilmir”.