Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Ölən və yaralananlar var - YENİLƏNİB + FOTO/VİDEO

Gündəm / Sosial
4-09-2020, 15:27

Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Ölən və yaralananlar var - YENİLƏNİB + FOTO/VİDEO

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması nəticəsində bir nəfər kişi ölüb. 

14:46

Paytaxtın Azadlıq prospektində kranın doqquzmərtəbəli binanın üzərinə aşması nəticəsində yaralananların və ölənlərin olduğu bildirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, binanın altında musiqi məktəbi yerləşir. Hazırda hadisə yerinə FHN və dörd ədəd təcili tibbi yardım maşını cəlb olunub.

Binanın həyətində 10-a yaxın avtomobilə zərər dəyib. 

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.

Qeyd edilib ki, hadisə nəticəsində hələlik bir nəfərin öldüyü təsdiqlənib. 

14:26

Bakıda kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.

Şahidlərin Report-a verdiyi məlumata görə, hadisə Həsən Əliyev küçəsində yerləşən "Baku Clinic”in yaxınlığında baş verib.

Hadisə zamanı kranın sürücüsü xəsarət alıb, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.

<embed src='https://player.baku.tv/embed/24134' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen><embed>