İlham Əliyev İqor Seçini təltif etdi
Gündəm / Siyasət
5-09-2020, 16:16
Prezident İlham Əliyev İqor İvanoviç Seçin "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Xeberekspress.az sərəncamın mətnini təqdim edir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə İqor İvanoviç Seçin "Dostluq” ordeni ilə təltif edilsin”.
