Sahibə Qafarova Atatürkün məzarını ziyarət etdi - FOTO
Gündəm / Siyasət
11-09-2020, 15:12
Azərbaycan parlament nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını – "Anıtqəbri” ziyarət edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Milli Məclisin sədri Sahibə Qafarovanın adından "Anıtqəbri” önünə əklil qoyulub.
Spiker Xatirə kitabına ürək sözlərini yazıb.
