Peşə təhsili üzrə sənəd qəbulu yekunlaşır

Gündəm / Sosial
14-09-2020, 09:28

Peşə təhsili üzrə sənəd qəbulu yekunlaşır

 

Sentyabrın 4-dən start verilən peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsi bu gün saat 18:00-dək davam edəcək.

 

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, II mərhələ https://qebul.vet.edu.az/ platforması üzərindən elektron qaydada, ödənişsiz formada iki mərhələdə aparılır. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.