Prezidentdən Fərhad Əhmədovla bağlı SƏRƏNCAM

Gündəm / Siyasət
16-09-2020, 12:03

Prezidentdən Fərhad Əhmədovla bağlı SƏRƏNCAM

 


Prezident İlham Əliyev Fərhad Teymur oğlu Əhmədovun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, F.Əhmədov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, F.Əhmədov 1955-ci ildə Göyçayda anadan olub. Azərbaycan əsilli rusiyalı milyarderin dünən 65 yaşı tamam olub.