Düşmən Gorusdan Azərbaycan ərazisini raket atəşinə tutdu - RƏSMİ

Gündəm / Sosial
1-10-2020, 13:08

Düşmən Gorusdan Azərbaycan ərazisini raket atəşinə tutdu - RƏSMİ

 

 

Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub. Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

 

Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.