Sahibə Qafarova İsrailin Azərbaycandakı səfirini qəbul edib

Gündəm / Siyasət
9-10-2020, 10:43
Sahibə Qafarova İsrailin Azərbaycandakı səfirini qəbul edib
 

Milli Məclisin sədri Sahibə Qafarova İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib.

 

Modern.az-ın məlumatına görə, parlamentin sədri bu barədə Tvitter hesabında məlumat yayıb.

 

S.Qafarova qeyd edib ki, səfirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu barədə ətraflı məlumat verib.