Azərbaycan neftinin qiyməti 40 dollardan aşağı düşdü

Gündəm / İqtisadiyyat
29-10-2020, 11:15
 
 

Azərbaycan neftinin qiyməti 40 dollardan aşağı düşdü

 


Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,26 dollar ucuzlaşaraq 39,26 dollar təşkil edib.

Qeyd edək ki, "qara qızıl”ın qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarındakı artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.