Vətəndaşlar Şəhidlər Xiyabanını gün boyu ziyarət edib:
Gündəm / Sosial
9-11-2020, 18:30
2020-ci il Noyabrın 8-i ordumuzun şücaəti ilə Azərbaycanın yeni tarixi yazıldı. 8 Noyabr bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.
XəbərEkspress xəbər verir ki, Noyabrın 9-da axşam saatlarından Şəhidlər xiyabanına insan axını başlayıb. İnsanlar bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Buraya Bakı sakinləri ilə yanaşı, paytaxtımızın qonaqları və bölgələrdən gələn insanlar da gəlmişdilər.
Şuşanın işğalından 28 il ötsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq.
XeberEkspress.az







