Çavuşoğlu Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO

Gündəm / Dünya
12-12-2020, 12:48
 
 

Çavuşoğlu Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.

Türkiyəli nazirin "Twitter” hesabından etdiyi paylaşımda qeyd olunur:

 

"Vəfatının 17-ci ildönümündə cənnətməkan Heydər Əliyevi rəhmət və hörmətlə anırıq. Bizlərə miras buraxdığı "Bir millət, iki dövlət” şüarı daim yaşayacaq!

Rahat yat, ümummili lider, Qarabağ Azərbaycandır!”.