Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı
Gündəm / Siyasət
19-12-2020, 12:07

Milli Məclisin dekabrın 22-də keçiriləcək növbəti iclasının gündəliyi məlum olub.
Trend-in məlumatına görə, iclasda 5 məsələnin müzakirə edilməsi nəzərdə tutulur.
Gündəliyə "Mühasibat uçotu haqqında” qanuna dəyişiklik, "Şərti maliyyə vahidi haqqında” qanunun ləğv edilməsi və digər məsələlər daxildir.