Əli Əsədovdan nazirlik işçilərinin sosial müdafiəsini gücləndirməklə bağlı QƏRAR
Gündəm / Siyasət
24-12-2020, 15:30
"Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul 2 tarixli 1088 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul olunub.
