Vahid Əzizə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM

Gündəm / Siyasət
30-12-2020, 21:29
Vahid Əzizə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM


Prezident İlham Əliyev Vahid Əziz oğlu Cəfərova (Vahid Əzizə) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan ədəbiyyatının inkişafında səmərəli fəaliyyətinə görə Vahid Əziz oğlu Cəfərova (Vahid Əzizə) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.