“Üçtərəfli bəyanat Azərbaycanın maraqlarına xidmət edir” - Ermənistan müxalifəti

Gündəm / Siyasət
12-01-2021, 12:08
 

“Üçtərəfli bəyanat Azərbaycanın maraqlarına xidmət edir” - Ermənistan müxalifəti

 

 
Ermənistan müxalifəti ötən gün Moskvada imzalanmış üçtərəfli bəyanata qarşı çıxıb.

Xeberekspress.az xəbər verir ki, bu barədə parlamentdə təmsil olunan "İşiqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan açıqlama verib. O, razılşamanın ancaq Azərbaycanın maraqlarına xidmət etdiyini deyib.

"Hökümətyönlü KİV yeni razılşamanın Erməniatanla İran və Rusiya arasında dəmir yolu xəttini açılmasına xidmət edəcəyini sevinclə təqdim edir. Eyni vaxtda, erməni xalqının bu görüşdən əsas gözləntisi var idi – hərbi əsirlərin qısa müddətdə geri qaytarılması. Gündəm yenə sırf düşmənin maraqları çərçivəsində tərtib olunub”- deyə Marukyan söyləyib. /Modern.az